23 Noyabr, 2017
ISESCO 2019-cu ili "İslam Dünyasında Mədəni İrs" ili elan etdi

Sudanın paytaxı Xartumda İSESCO (İslami Təhsil, Mədəniyyət və Elm) təşkilatına üzv ölkələrin 10-cu iclası keçirilib.

Ahlibayt.az-ın İqna-ya istinadən məluatına görə,maddi və mənəvi irsinin qorunması və himayə edilməsi üçün beynəlxalq müstəvidə qəbul edilən müqavilə və sazişlər əsasında daha ciddi addımlar atılmasının lazım olduğunu vurğulanıb.

Konfransda iştirak edən ölkələrdən tələb olunub ki, ölkələrinin milli və mədəni irslərinin tanıdılması üçün gün müəyyən etsinlər. Həmçinin ölkə vətəndaşları və turistlərin tarixi və mədəni məkanları pulsuz ziyarət etməsi üçün şərait yaratsınlar. Bu ziyarətlər çərçivəsində milli və dini irsin qorunması barədə maarifləndirmə işi aparsınlar.

İslam ölkələrinin mədəniyyət nazirləri konfrans çərçivəsində keçirilən plenar iclaslarsa müsəlman ölkələrində İslam mədəniyyətinin yayılması və genişlənməsini dəstəkləmək, həmçinin daimi və inkişaflı İslami mədəni irsinin formalaşması üçün 2019-ci ili "İslam Dünyasında Mədəni İrs" ili elan edilib.

Sudanın paytaxtında keçirilən iclasda çıxarəlan qərara əsasən İSESCO (İslami Təhsil, Mədəniyyət və Elm) təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin 11-ci iclası 2019-cu ildə Tunisdə keçiriləcəkdir.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7711.html