21 Noyabr, 2017
Nigeriyada məsciddə partlayış: Onlarla insan həyatını itirdi

Nigeriyanın şimal-şərqində məsciddə partlayış törədilib.

Ahlibeyt.az-ın  TASS-a istinadla məlumatına görə, hadisə Mubi şəhərindətörədilən terror aktı nəticəsində baş verib.

Üzərində partlayıcı qurğu yerləşdirilmiş təxminən 17 yaşlı gənc namazdan dərhal sonra özünü partladıb.

Terror aktı nəticəsində 50 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna deyil. Xəstəxanalara yerləşdirilən yaralıların sayı barədə məlumat verilmir. Partlayışın məsuliyyətini hələlik heç bir radikal qruplaşma üzərinə götürməyib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7700.html