1 Fevral, 2012
Şiələrin qanını axıtmaq haramdır!

İraqın Əhli-Sünnə Alimləri Cəmiyyəti İraqda fəaliyyət göstərən bəzi təkfirçi qüvvələrin şiələrin qanlarının axıdılması çağırışlarını tənqid edən bəyanat yayıb.

Cəmiyyətin yaydığı bəyanatda deyilir ki, İraqın indiki siyasi bohranlı vəziyyətində bəzi təkfirçi dəstələr şiələrin qanlarının axıdılması çağırışlar edirlər ki, biz bu çağırışları məhkum edirik və bildiririk ki, şiələrin qanlarının axıdılması haramdır.

Dövlətin və ictimai təşkilatları təkfirçilərə qarşı fəaliyyətə çağıran bəyanatda deyilir ki, yalnız birgə əməkdaşlıq nəticəsində İraq xalqı məzhəb ayrıseçkiliyi fitnəsinə giriftar olmayacqdır.

Bəyanatda daha sonra deyilir ki, bütün bu çğırışların əksinə İraq xalqı dinindən,məzhəbindən və millətindən asılı olmayaraq bir-birilə sülh şəraitində yaşamalı və bir-birlərinin haqlarına hörmətlə yanaşmalıdırlar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-770.html