
İraq federal məhkəməsi İraq Kürdüstanında keçirilmiş referendumun ölkə Konstitusiyasına zidd olduğuna dair qərar çıxarıb.
ahlibeyt.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə İraqın yerli agentliyi məlumat yayıb.
Federal məhkəmənin qərarında bildirilir ki, İraq Konstitusiyasında ölkənin hansısa ərazisinin ayrılmasını dəstəkləyən maddə yoxdur.
Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.