
PressTV xəbər kanalının bir az əvvəl verdiyi məlumata görə, Suriyada daha 11 nəfər iranlı zəvvar terrorçular tərəfindən oğurlanıb.
Xəbərdə deyilir ki, əvvarlar Həma şəhərindən Dəməşqə tərəf hərəkət edən zaman terrorçular onlara hücum edib və onları oğurlayıb.
Qeyd edək ki, bu xəbər rəsmən təsdiqlənməyib. Belə i, nə Suriya və nə də İran dövləti bu xəbər barədə bir məlumat verməyib.
Xatırladaq ki, keçən həftə terrorçular 11 nəfər iranlını oğurlamışdılar ki, onların taleyi barədə hələ də dəqiq məlumat yoxdur.