20 Noyabr, 2017
Şimal İraq Kürd Muxtariyyəti referendumun nəticələrini ləğv etməyə hazırlaşır

Şimal İraq Kürd Muxtariyyəti müstəqilliklə bağlı referendumun nəticələrini ləğv etməyə hazırlaşır.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi məlumata görə, bu barədə muxtariyyət hakimiyyətində vacib postlardan birini tutan mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, muxtariyyətin baş naziri Neçrivan Bərzani Bağdaddan muxtariyyətə  büdcə  ayrılması və Şimali İraqa yönəlik hərbi əməliyyat keçirilməməsi yönündə zəmanət almaq şərti ilə nəticələri ləğv etməyə hazırdır.

O, həmçinin bildirib ki, bu məqsədlə kürd lider yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Onun sözlərinə görə, Türkiyə prezidenti və İraq baş naziri Haydar İbadinin iştirakı ilə üçtərəfli görüş keçirilə bilər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7685.html