18 Noyabr, 2017
İraq ərazisində İŞİD-in nəzarətindəki bütün ərazilər azad edilib

Ravə şəhərinin azad edilməsi ilə İraqda İŞİD nəzarətində heç bir ərazi qalmayıb .

Ahlibeyt.az-ın Maide.az -a istinadən verdiyi xəbərə görə, bunu  İraqın daxili işlər naziri  Qasim əl-Əraci deyib.

Q.əl-Əraci Ravə şəhərinin azad edilməsini dini mərcə təqlidə və  İraq xalqına təbrik deyib  və  bildirib ki, İŞİD-in İraq ərazisində sonuncu bazasıda azad edilib.

Qeyd edək ki, İraq Ordusu və Haşdu-Şabi bu gün  əl-Ənbar əyalətində yerləşən Fərat sahilindəki kiçik Ravə şəhəri istiqamətində əməliyyata başlamışdı. Şəhərin 7 kvartalı və mərkəzi azad edilib.

Hazırda İŞİD əl-Ənbarın səhrasında və İraq-Suriya sərhədindəki səhra ərazilərdədir.

Suriya Ordusu və müttəfiqləri də İŞİD nəzarətində qalan son şəhər Bu-Kamalı tam azad etmək üzrədir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7682.html