
Səudiyyə Ərəbistanında qadınlara dörd sahədə işləməyə icazə veriləcək.
Ahlibeyt.az -ın Publika.az-a istinadla verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qadınlar artıq sosial, hüquqi, dini araşdırmaçı və idarəetmədə köməkçi vəzifələrində işləyə biləcəklər.
Beləliklə, Riyad hökuməti 2030-cu ilə qədər qadınların iş həyatındakı aktivliyi 22%-dən 30%-ə qaldırmağı hədəfləyir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz 2018-ci ilin iyun ayından etibarən qadınlara sürücülük vəsiqəsi verilməsi ilə bağlı qərar imzalayıb.