14 Noyabr, 2017
Livan patriarxı Səudiyyə Ərəbistanına tarixi səfər edib

Maronit xristianların lideri səfəri zamanı istefa vermiş Baş nazir Səəd Həriri ilə görüşəcək.

Livanın xristian maronit patriarxlığının rəhbəri dünən Səudiyyə Ərəbistanına tarixi səfərə gedib.

Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com "Reuters"-ə istinadla xəbər verir ki, Patriarx Bəşəra ər-Rai səfər çərçivəsində Səudiyyə Ərəbistanında saxlanılan Livanın Baş naziri Səəd Həriri, Kral Salman və oğlu vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşəcək.

"Əlbəttə ki, Həririnin istefası Livan xalqını təəccübləndirdi, kədərləndirdi, həmçinin böhrana səbəb oldu. Ümid edirəm ki, səfərim əsnasında bu mövzuda onunla danışa bilərəm", - deyə patriarx jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, qeyri-müsəlman dini liderlərin Səudiyyə Ərəbistanına səfəri nadir hallarda baş verir. Bu da noyabrın 4-də Baş nazir Səəd Həririnin istefasından sonra Livandan Səudiyyə Ərəbistanına reallaşan ilk yüksəkrütbəli rəsmi səfərdir.

Bildirək ki, Patriarx Bəşəra ər-Rai Livan, Suriya və Kiprdə yaşayan maronit xristianlarının lideridir. Livanda 900 minədən maronit xristian yaşayır ki, bu da ölkə əhalisinin dörddəbiri deməkdir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7660.html