13 Noyabr, 2017
İngiltərənin Hertfordshire şəhərində kisləni məcsid edəcəklər

Məsciddə 500-dən çox insan üçün eyni vaxtda namaz qılmaq imkanı yaranacaq - "Hemel Hempstead"in İslam Mərkəzi bildirib ki, İngiltərənin "Hertfordshire" şəhərininin istifadəsiz qalmış kilsənin məscid kimi fəaliyyət göstərməsinə icazə verilməsi barədə rəsmi müraciət edib.

Ahlibeyt.az "İqna"-ya istinadən xəbər verir ki, İngiltərənin "Hertfordshire" şəhərininin "Nash Mills" rayonunda qədim və istifadəsiz qalmış kilsənin müsəlman cəmiyyəti üçün ibadət ocağına çevirilməsi üçün dörd il öncə layihə hazırlanıb və bununla bağlı "Hertfordshire" şəhər şurasına müraciət edilib.

Müsəlmanların bu istəyi qeyri-müsəlmanların etirazı və maşın dayanacağının omaması bəhanisə ilə cavabsız qalıb. Və bu günlərdə müsəlmanlar yenidən bu məsələ ilə bağlı müraciət edib və ehtimal edilir ki, kilsənin yerində məscid tikmək üçün icazə verilsin.

İngiltərənin "Hertfordshire" şəhərininin "Nash Mills" rayonunun "Albans Hill" xiyabanında yerləşən bu kilsənin yerində məscid tikilərsə, bu məsciddə 500-dən çox insan üçün eyni vaxtda namaz qılmaq imkanı yaranacaq.

Xatırladaq ki, İslam dini İngiltərədə məsihlikdən sonra ikinci dindir. 2010-cu ilin hesabatına görə, bu ölkədə 3 milyon müsəlman yaşayır.

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7653.html