
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya səfər edəcək.
Ahlibeyt.az-ın məlumatına görə,R.T. Ərdoğan bu gün Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Görüşdə regional və beynəlxalq problemlərin, həmçinin terrorizmə qarşı mübarizə və Suriyadakı vəziyyətin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki,bir müddət əvvəl R.T.Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyini açıqlayıb.