
İŞİD-in İraq torpaqlarını işğal etməsi və terror təşkilatına qarşı mübarizə işi Bağdada 100 milyard dollara başa gəlib.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən xəbərinə görə, bunu Kərbəla şəhərinə səfəri zamanı İraqın Baş naziri Heydər əl-Abadi deyib. Məlumatı AFP yayıb. Şənbə günü etdiyi açıqlamada Baş nazir qeyd edib ki, bu məbləğ təkcə iqtisadiyyata və infrastruktura dəymiş ziyanlara aiddir.
Xatırladaq ki, İraq ordusu İŞİD-in bu ölkədəki sonuncu istinadgahlarından olan əl-Qaimi azad etdikdən sonra Rava şəhərində terrorçuları mühasirəyə alıb.