
Səudiyyə Ərəbistanı uzun zamandır təyinat olmayan İraq və Livana səfir təyin edib.
Ahlibeyt.az-ın məlumatına görə, İnterAz “SPA”ya istinadən xəbər verir ki, bir ildən çoxdur səfir təyin edilməyən Bağdad səfirliyinə Əbdüləziz bin Xalid əş-Şəmri, Beyrut səfirliyinə isə Vəlid bin Məhəmməd əl-Yaqub təyin edilib.
Yeni səfirlərin Riyadda əl-Yemame sarayında Kral Salman bin Əbdüləzizin qarşısında and içərək vəzifəsinə başladığı ifadə edilib.
15 aydır boş olan Beyrut səfirliyinə təyinat Livanın baş naziri Saad əl-Haririnin şənbə günü istefa etdiyini açıqlamasından sonra həyata keçirilib. 13 aydan sonra Bağdad səfirliyinə təyin edilən Şemri isə 2016-cı ilin oktyabr ayından bu günə kimi müşavir idi.