31 Yanvar, 2012
İraqın Bəhreyndəki səfiri Bəhreyn Xarici İşlər Nazirliyinə çağırılıb

İraqın "Sədr" hərəkatının lideri Hüccətül-İslam Seyyid Müqtəda Sədrin Bəhreyn xalqını dəstəkləməsi və Ali Xəlifəyə xəbərdarlıq etməsi İraqın Bəhreyndəki səfirinin Bəhreyn Xarici işlər Nazirliyinə çağırılmasına səbəb olub.

İraqın Bəhreyndəki səfiri Nəclə Mahmuda Müqtəda Sədrin sözlərinə görə etiraz məktu təqdim edilib və Müqtəda Sədrin sözləri məsuliyyətsiz adlandırılaraq belə çıxışların qarşısının alınması tələb olunub.

Qeyd edək ki, Hüccətül-İslam Seyyid Müqtəda Sədr Bəhreyn inqilabını dəstəkləyən bəyanatla çıxış etmiş və Ali Xəlifə muzdurlarının Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasimi öldürmək çağırışlarına etiraz edərək bunun qarşısında sakit durmayacaqlarını bildirmişdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-762.html