
Suriya ordusu və müttəqif qüvvələr İŞİD-in bu ölkədəki son qalası olan əl-Bukamalın 30 kilometrliyinə çatıb.
Suriya ordusunun və müttəfiq qüvvələrin Deyr əz-Zor əyalətindəki növbəti əməliyyatlarında xeyli yeni ərazilər İŞİD terror təşkilatından azad edilib.
Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com-un "AlmasdarNews"-a istinadla verdiyi xəbərə əsasən,Suriuya hökumət qüvvələri və müttəfiq ordu birləşmələri son 24 saat ərzində daha 10 kilometr irəliləyərək terrorçulara ağır zərbə vurub. "Böyük şəfəq" adlandırılan əməliyyat nəticəsində Suriya ordusu 2012-ci ildən bəri terrorçuların əlində olan İraqla sərhəddə yerləşən Baktal məntəqəsində və sərhəd keçid postunda nəzarəti ələ alıb.
Artıq ordu əl-Bukamal rayonunun 30 kilometrliyinə çatıb.