
Əl-Qaimə doğru hərəkət edən İraq ordusu və müttəfiq qüvvələrin hərəkəti əks etdirən video yayılıb.
İraq Silahlı Qüvvələrinin 9-cu diviziyası Xalq Səfərbərlik Birliklərinin (Həşdi-Şabi) və "Kətaibi-Hizbullah" qüvvələrinin dəstəyilə İŞİD-in ölkədəki sonuncu istinadgahı olan əl-Qaim şəhərinə yaxınlaşmaqdadır.
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com "AlmasdarNews"-a istinadla xəbər verir ki, bununla bağlı "Həşdi-Şabi"nin yaydığı video materialda böyük hərbi texnika konvoyunun Ənbar əyalətində İŞİD mövqeyinə doğru hərəkət etməsi əks olunur.
Hərbi mənbələrin məlumatına görə, iraqlı generallar əl-Qaimin cənub və şimal nahiyyələrindən buraya daxil olmağı planlaşdırır. Bununla yanaşı mexanikləşdirilmiş ordu diviziyaları Fərat çayı ilə paralel uzanan M12 magistral yolu ilə hərəkəti davam etdirir. İŞİD-ə qarşı son döyüşlərdə İraq ordusunu ABŞ koalisiyasına məxsus hərbi aviasiya da dəstəkləyəcək.