
İraqda gələn il keçiriləcək parlament seçkilərində hərbi qanadı olan partiya və yəşkilatlar iştirak edə bilməyəcək.
Ahlibeyt.az-ın FFaktxeber-ə istinadən verdiyi xəbərə görə,bu barədə ictimaiyyətə İraq baş nazirinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, Nazirlər Kabinetinin toplantısında 2018-ci ilin may ayında keçirilməsi nəzərədə tutulan parlament seçkilərində silahlı qanadı olan siyasi partiya və təşkilatların iştirak edə bilməməsi barədə qərar verilib.
Buna qədər baş nazir Heydər əl-İbadi də mətbuat konfransında bildirmişdi ki, "Həşdi Şabi" (xalq könüllüləri" ordu birləşməsi təhlükəsizlik mexanizminə bağlı qurum olduğu üçün siyasətə qatıla bilməz. "Hərbi qurumlarla siyasəti ayırmaq lazımdır",-deyə İraqın hökumət rəhbəri əlavə etmişdi.