1 Noyabr, 2017
Prezident İlham Əliyevin İrana səfəri başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri başlayıb.

Ahlibeyt.az-ın məlumatına görə, Tehranda prezident İlham Əliyevi İranın iqtisadiyyat və maliyyə naziri, iki ölkənin iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının həmsədri Məsud Kərbasian qarşılayıb.

Qeyd edək ki, bu gün Tehranda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, və İran prezidenti Həsən Ruhani ilə üçtərəfli görüş keçiriləcək.Görüşdə üç ölkə arasında əməkdaşlığın müzakirəsi nəzərdə tutulub.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7589.html