31 Oktyabr, 2017
Kərbəla şəhidlərinin arasında həqiqətənmi əvvəllər xristian olmuş biri var idi?

Kərbəla şəhidlərinin arasında həqiqətənmi əvvəllər xristian olmuş adam var idi?

 

Kərbəla şəhidlərinin içində Vəhəb ibn Abdullah Kəlbi adlı bir nəfər olmuşdur və O, təkbətək döyüşlərdə şəhadətə çatmışdır.

Bəzi tədqiqatçılar Vəhəbi digər "Aşura" şəhidi, bir qədər əvvəl təkbətək döyüşdə şəhid olmuş Abdullah ibn Ümeyr Kəlbinin oğlu hesab etmişlər. Abdullahın arvadının və Vəhəbin anasının başına gələnlər arasındakı oxşarlıq bu nəzəriyyəni düzgün saymağa əsas verir. Hətta bəziləri belə nəticəyə gəlmişlər ki, Vəhəb və Abdullah eyni adamdır, mənbələrdə onların adları yanlış olaraq iki fərqli şəxs kimi qeyd edilib. Bəzi tədqiatçılara görə isə, Vəhəb və Abdullah arasında yaxın qohumluq olmamışdır.

Tədqiqatçıların bir qisminə görə, Vəhəb əvvəllər xristian dinində olmuş, sonra İmam Hüseynin (ə) hidayəti ilə İslam dinini qəbul etmişdir.

 

İslam.az

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7577.html