
Bu gün Ciddədən Bağdada ilk hava reysi həyata keçiriləcək
Səudiyyə Ərəbistanının dövlət hava yolu şirkəti bu gün 27 ildən bəri ilk dəfə İraqa rəsmi uçuş həyata keçirəcək.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadla verdiyi xəbərə görə, bu barədə Krallığın rəsmi SPA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, reysin baş direktoru Saleh bin Nasir əl-Cassir ilk təyyarə reysində jurnalist və sərnişinləri müşayiət edəcək.
İlk reys Ciddə hava limanından start götürəcək və Bağdada eniş edəcək.
Qeyd edək ki, İraqın sabiq diktatoru Səddam Hüseyn 1990-cı ildə qonşu Küveyti işğal etdikdən sonra iki ölkə arasında hava əlaqəsi dayandırılıb. Avqust ayında Səudiyyə Ərəbistanı və BƏƏ 1990-cı ildən bəri ilk dəfə ticarət əlaqələrini bərpa etmək üçün İraqın Ərar sərhəd-keçid məntəqəsini açmağa hazırlaşdıqlarını bəyan ediblər.