
Növbəti sutkada əyalət mərkəzinin iki mühüm rayonu terrorçulardan azad ediləcək.
Suriya Ərəb Ordusu dünən Deyr əz-Zor əyalətinin mərkəzində İŞİD-in son dayaq məntəqələrinə qarşı əməliyyat keçirib.
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com "AlmasdarNews"-a istinadla verdiyi xəbərə əsasən, xüsusi təyinatlı "Pələng qüvvələri"nin dəstəyilə Suriya ordusu yenicə azad edilmiş əl-Ümmal və əl-Arfi məntəqələrindən İŞİD-in əlində olan əl-Hamidiyyə istiqamətində hücuma keçiblər. Burada İŞİD-in nəzarətində olan bir çox mühüm obyektlər azad edilib.
Məlumata görə, ordu iki istiqamətdən - mərkəzi park və çörək zavodu istiqamətindən irəliləyir. Əl-Hamidiyyə ilə yanaşı ordu qonşu əl-Cubeyl rayonu istiqamətində də irəliləyib, burada bir çox binalar azad edilib, İŞİD-ə canlı qüvvə baxımından zərbə vurulub.
Bildirək ki, Suriya ordusunun əl-Hamidiyyəyə daxil olması son 6 ildə ilk dəfədir ki, qeydə alınır. Ölkədə müharibə başlayandan bəri əyalətin mərkəzində yerləşən məntəqə İŞİD-in əlində olub. Qarşıdakı sutkada Suriya ordusu əl-Hamidiyyə və əl-Cubeylə rayonlarını İŞİD-dən tamamilə azad edəcək.