30 Yanvar, 2012
HƏMAS Suriyanı tərk etməyib

HƏMAS təşkilatı bir daha Dəməşqdəki siyasi qərargahının köçürülməsi xəbərlərini təkzib edib.

HƏMAS təşkilatının mətbuat katibi Fouzi Bərhum Dəməşqdəki siyasi qərargahının köçürülməsi təkzib edərək bu barədə qərarın belə olmadığını bildirib.

O deyib ki, siyasi büronun sədri Xalid Məşəl və digər rəsmilər hal-hazırda İordaniyada səfərdədirlər və onlar səfərlərinə Dəməşqdən gediblər.

Fouzi Bərhum Xalid Məşəlin İordaniyaya etdiyi səfər barəsində məlumar verərək deyib ki, səfər HƏMAS və İordaniya əlaqələri yenidən bərpa edib möhkəmlətmək və Fələstinin maraqlarını təmin etmək məqsədilə həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-757.html