30 Oktyabr, 2017
Həsən Ruhani ABŞ prezidentinin görüş təklifini rədd edib

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın görüş təklifini rədd edib.

Ahlibeyt.az-ın məlumatına görə,SalamNews-un İran mətbuatına istinadən verdiyi xəbərə əsasən, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi açıqlayıb.

O bildirib ki, bu ilin sentyabrında BMT Baş Məclisinin 72-ci iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Həsən Ruhani ABŞ rəsmilərindən prezident D. Trampla görüşmək dəvəti alıb. Lakin Ruhani ABŞ prezidentinin İrana qarşı kəskin çıxışlarına görə onunla  görüşmək istəməyib və bu təklifi  rədd edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7569.html