30 Oktyabr, 2017
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - Şübhəli bilinən 2 azərbaycanlı saxlanılıb

Türkiyədə son iki gündə keçirilən anti-terror əməliyyatlarında İŞİD terror təşkilatına üzv olmaqda 100-dən çox şübhəli saxlanılıb.

Ahlibeyt.az-ın Türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ankara və İstanbul daxil olmaqla ölkənin  8 böyük şəhərində  genişmiqyaslı əməliyyatlar keçirilib.

Məlumata görə,Bursada aparılan əməliyyat zamanı İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən  2-i Azərbaycan, 28-i Suriya vətəndaşı olmaqla, 39 şübhəli saxlanılıb.Saxlanılanlar arasında 8 azyaşlının olduğu bildirilir.

Qeyd edək ki,əməliyyatlar nətəcəsində çox sayda odlu silah,rabitə vastələri terror təşkilatına məxsus sənədlər aşkarlanıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7568.html