
Avqust ayının 25-dən etibarən Myanma hökümətinin zorakılığına məruz qalmış və ölkəni tərk edərək Banqladeşə qaçan Rohinca müsəlmanlarının sayı 605 mini keçib.
Ahlibeyt.az-ın məlumatına görə,Salamnews RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) məlumat yayıb.
Məlumata əsasən, oktyabrın 25-dən başlayaraq Koks-Bazara 605.089 qaçqın gəlib. Beləliklə, hazırda Banqladeşdə olan qaçqınların sayı 889 min nəfərdir.