28 Oktyabr, 2017
DTX-dan açıqlama: Suriya və İraqda döyüşlərdə iştirak etmiş 4 nəfər tutulub - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasında terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə aparılan cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları yayıb.

Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, kadrlarda Milli Şuranın 28 oktyabr tarixində keçirəcəyi mitinqdə terror aktı törətməyə hazırlaşan şəxslərin görüntüləri və səs yazıları əks olunub.

Oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7563.html