
Səudiyyə Ərəbistanı vəliəhdi, ölkənin müdafiə naziri şahzadə Məhəmməd ibn Salman ölkəsinin ekstremist ideologiuadan imtina edərək mülayim islama keçməsini, dünyada və bütün dinlərə açıq olacaqlarını bəyan edib.
Ahlibeyt.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, bu barədə o, paytaxt Riyadda keçirilən iqtisadi forumda bildirib.
"Biz kemişdə olduğumuz kimi - bütün dinlərə və dünyaya açıq olan mülayim İslama qayıdacağıq. Səudiyyə əhalisinin 70 faizindən çoxunu gənclər təşkil edir.Biz qarşıdan gələn 30 il ərzində zamanımızı ekstremist ideyalara sərf edə bilmərik. Biz ekstremizmə tezliklə son qoyacağıq", - deyə şahzadə çıxışında vurğulayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı müsəlman ölkələri arasında vəhhabilik əsasında ultra-mühafizəkar mövqeyilə fərqlənir.