
Strateji Rəva və əl-Qaim məntəqələrinə doğru əməliyyatın yaxın günlərdə başlanacağı gözlənilir.
Ahlibeyt.az-ın məlumatına görə,islamazeri.com "AlmasdarNews"-a istinadla xəbər verir ki,İraq ordusu Suriyanın Deyr əz-Zor əyalətinin sərhədləri boyunca İŞİD-ə qarşı yekun əməliyyata hazırlıq işini davam etdirir.
İraq ordu birləşmələri və Xalq Səfərbərlik Birlikləri (Həşdi-Şabi) uzun müddətdir gözlənilən əməliyyata yaxın günlərdə strateji Rəva qəsəbəsindən başlamağı planlaşdırır.
Bildirək ki, Rəva qəsəbəsi əl-Ənbar əyalətinin bölgəsində yerləşir və İŞİD-in sonuncu əsas dayaq məntəqələrindən olan əl-Qaim şəhərindən 65 kilometr məsafədədir. Rəvanın azad edilməsilə Suriya ilə sərhəddə yerləşən əl-Qaimə yol açılmış olacaq.