
Səudiyyə Ərəbistanında məşhur Əhli-Beyt(ə) məddahı Molla Əbdür-Rəsul əl-Bəsarə dünyasını dəyişib.
68 yaşında Qətifdə dünyasını dəyişən Molla Əbdür-Rəsul 12 yaşından Əhli-Beyt(ə) məddahlığı edirdi. 50 ildən artıq məddahlıq edən Molla Əbdür-Rəsulun hamı tərəfindən sevilib seçilirdi.
Səudiyyə Ərəbistanının tanınmış din alimləri, o cümlədən, Ayətullah Seyyid Həsən əl-Nimr və Şeyx Fouzi əl-Seyf Molla Əbdür-Rəsul əl-Bəsarənin vəfatı münasibətilə təsliyyət deyiblər.