
2017-ci ilin 9 ayı ərzində yeni yaradılmış Mərkəzi Parkın davamı olaraq Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli Meydanı ərazisində hərəkətin təşkili məqsədilə Füzuli meydanındakı dairədə nəqliyyatın hərəkəti bağlanıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, "APA-Economics"in məlumatına əsasən bu barədə "Azəravtoyol" ASC-nin hesabatında bildirilir.
Hesabatda deyilir ki, yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün "Təzəpir" məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12,6 min kvadratmetr sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.