23 Oktyabr, 2017
Azərbaycanın milli mədəniyyətinin formalaşmasında İslam dininin mühüm rolu var

Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “İslam intibah dövründə Azərbaycanın maddi və mənəvi mədəniyyəti” mövzusunda seminar keçirilib.

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, muzey direktorunun müavini Nərgiz Əliyeva Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında müvafiq Sərəncamına xatırladıb. O, İslam intibah dövründə Azərbaycanın maddi və mənəvi mədəniyyəti ilə bağlı fikirlərini bölüşüb.

Tədbirdə mövzuya dair çıxışlar dinlənilib. Məruzələrdə ölkəmizdə milli mədəniyyətin formalaşmasında İslam dininin mühüm rolu vurğulanıb.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7535.html