23 Oktyabr, 2017
Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib

Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, "Reuters" xəbər agentliyi İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri, general Qasim Süleymaninin Kərkükdə hərbi qarşıdurma öncəsində oynadığı önəmli rolunun olduğunu qeyd edib.

İranlı generalın əməliyyatdan öncə 3 dəfə kürd rəsmilərlə görüşdüyünü və Kərkükü tərk etməmələri durumunda İraq ordusu və orduya bağlı könüllülərin onlara böyük bir hücum həyata keçirəcəkləri təhdidini edib.

Kərkük hərəkatından öncə 3 dəfə Kürdüstan Yurdsevərlər Birliyi üzvlərilə danışan Süleymani İraq Ordusunun kürd peşmərgəsini  dağa göndərəcəklərini bildirib.

Kürdüstan Yurdsevərlər Birliyinin üzvü Nəcməddin Kərim peşmərgənin Kərkükdən qarşıdurmasız uzaqlaşmasını  İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri, general Qasim Süleymani və Talabani ailəsinin razılaşması ilə baş verdiyini qeyd etmişdi.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7530.html