20 Oktyabr, 2017
"Facebook" və "Google" İslam düşmənçilini təbliğ edib

Məşhur 2 sayt islamofobiyanın propaqandasında ittiham ediliblər.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un "Bloomberg"-ə istinadən verdiyi xəbərə əsasən, "Facebook" və "Google" ABŞ-dakı son prezident yarışları zamanı öz resursrlarında müsəlman miqrantlara qarşı reklamlar yerləşdirərək, islamofobiyanı propaqanda edib.

Söhbət, "Secure America Now" (Amerikanı indi təhlükəsizləşdirək - red.) adlı konservatikv təşkilatının öz kampaniyası zamanı sosial şəbəkələrə yerləşdirdiyi reklam çarxlarından gedir.

Həmin reklamlarda isə müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a sərbəst girişinin qadağan edilməsinə dair çağırışlar yer alıb.

"Google" bu ittihamlardan yaxa qurtarmağa çalışıb. Belə ki, adıçəkilən şirkətin nümayəndəsi bildirib ki, bir neçə bu cür reklam şirkət tərəfindən məhdudlaşdırılmışdı.

"Facebook" isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7522.html