
ABŞ-da qırxdan çox konqresmen rohinca müsəlmanlarının sıxışdırılması səbəbindən Myanma hökumətinə qarşı məhdudlaşdırıcı tədbirlər görməyi təklif edib.
Ahlibeyt.az-ın məlumatına görə,İslam.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə əsasən, konqresmenlər təkliflə bağlı ABŞ-ın dövlət katibi Reks Tillersona məktub ünvanlayıb.
"Biz Birmada mühasirədə qalan və ya qayıtmaq istəyən insanların müdafiə və təhlükəsizliyinə nail olmaq, həmçinin onların qonşu ölkələrdən məcburi şəkildə qaytarılmasına mane olmaq üçün mümkün olan hər şeyi etməyə çağırırıq", - deyə məktubda bildirilir.
Beynəlxalq Miqrasiya Təşkilatı Myanmadan Banqladeşə qaçan rohinca müsəlmanlarının sayının 582 min nəfər olduğunu bəyan edib.