19 Oktyabr, 2017
Kembric Universitetinin professorundan İmam Hüseynlə(ə) bağlı möhtəşəm etiraf

Ahlibeyt.az  İslaminSesi-nə istinadən sizə Kembric universitetinin professoru, Edvard Kesslerin Kərbəla hadisəsi barədə təhlilini təqdim edir.

"Mənim adım Edvard Keslerdir.Kembric universitetinin professor, doktoruyam. Universitetdə yəhudilər, xristianlar və müsəlmanlar arasında görüşlər və tolerantlığı oyrədən Vulf inistitunun əsasını qoyarlardanam. Həyatımın 3 dekadasını məhz bu dinlər arasındakı məsələləri öyrənməyə sərf etmişəm. Bu icmalar arasında münasibətləri öyrənmək, öyrətmək əsas işimdir. Xristianlar və müsəlmanlar arasında ən yaxşı münasibətlərin dərin formada öyrənilməsi zamanı mən prizma müəyyənləşdirdim: "Əgər mən qarşımdakı kimsəni daha yaxşı anlayıramsa, o da məni daha yaxşı anlayır və özümü də yaxşı öyrənmiş oluram."

Bu da gözəl anlaşma üçün bir qığılcımdır. Müasir dünyamızda biz böyük imkanlar və böyük təlaşlar zamanında yaşayırıq. Belə bir böyük imkanlar zamanında biz sadəcə olaraq bəzi məsələləri bilməyə borcluyuq. Biz bu gün xristianlıqdan daha çox İudaizmin İslam dini ilə müqayisəsini aparmalı oluruq.

Çünki hər iki din Yaxın Şərqdə meydana gəlib, hər iki dinin yemək (halal və haramları) mövcuddur, hər iki dində oğlanları sünnət edirlər. Məsələ artıq çox siyasiləşib. Bir növ bu iki din arasında yarışa çevrilib. İmam Hüseyn(ə) belə məsələdə bir açar rolunu oynayır. İslamın ilkin dövrlərində yaşayıb. Çünki daha gözəl bir cəmiyyət uğrunda özünü qurban verib. Bu gün bizim mübarizə apardığımız sosial ədalət uğrunda özünü qurban verib. Bu həyatımızın əsas prioretlərindən biri olan bərabərlik uğrunda özünü qurban verməkdir. Baxın ətrafımızda -Avropada  milyonlar qaçqın var. 2008-ci ildə bir proqram qurulub.

Bu proqram İmam Hüseyn (ə) modelidir. Bu model yalnız İslamda var. Sosial ədalət uğrunda özünü fəda etmək. Mən düşürəm ki, biz bir yerdə öyrənməliyik və bir-birimizdən öyrənməliyik. Bu qüvvələrimizi parçalamaq əvəzinə onları birləşdirsək daha gözəl bir cəmiyyətdə yaşayarıq. Əgət tənqid və nifrət etmək əvəzinə sevsək və qəbul etsək dünyada nə islamafobiya qalar, nə də antisemitizm. İmam Hüseyn məhz bunu etdi. Yezidin qarşısına, nifrətin qarşısına şücaəti ilə çıxdı.Bu məktəbdən bunu öyrənməliyik. Hətta müsəlman olmayan mən belə dərs götürə bilərəm."

Qeyd edək ki,Edvard Kessler həmçinin Kembric universiteti nəzdində fəaliyyət göstərən "Woolf" akademik institunun təsisçi-derektorudur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7515.html