28 Yanvar, 2012
İran İsraildən də təhlükəlidir!

Səudiyyə Ərəbistanı şahzadəsi Talal bin Əbdül-Əziz dünən Qahirədə keçirdiyi mətbuat konfransında İranın İsraildən də təhlükəli bir dövlət olduğunu bildirib.

Dünyanın 22-ci ən zəngin adamı olan Talal bin Əbdül-Əziz jurnalistlərə İranın raketlərinin bölgə üçün təhlükə olduğunu bildirərək deyib ki, İran İsraildən də təhlükəlidir. Onun raketləri hamımızı qarşı bir təhdiddir.

Misir vahhabilərinə ərəb dövlətlərindən milyonlarla dollar köməklərin gəlməsinə toxunan Talal bin Əbdül-Əziz bunu həmin dövlətlərinin hesabından deyil, sıravi vətəndaşların ianələri hesabına toplanmış olduğunu iddia edib. O deyib ki, siz misirlilər bölgədə nə baş verdiyini hələ tam anlaya bilməmisiniz. Siz Misir olaraq biz Səudiyyə üçün çox əhəmiyyətlisiniz.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-750.html