14 Oktyabr, 2017
KİV: Rakka İŞİD-dən tam azad edilib

İŞİD-in Suriyadakı qeyri-rəsmi paytaxtı olan Rakka şəhəri terrorçulardan tam təmizlənib.

Ahlibeyt.az-ın görə, bu barədə “Al Arabiya” telekanalı xəbər verib.

Məlumata görə, son terrorçular "Suriya Demokratik Qüvvələri”nin dəstələrinə təslim olublar.

Qeyd edək ki, "Suriya Demokratik Qüvvələri" silahlıları Suriya hökumətinə müxalif qruplaşmalardan formalaşdırılıb və ABŞ başçılığında kolisiya qüvvələri tərəfindən dəstəklənir.Rakkanın azad edilməsi əməliyyatı iyunun 6-da başlayıb. ABŞ aviasiyası “SDQ”-yə hava dəstəyi göstərir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7493.html