
Birləşmiş Millətlər Təşkilatı (BMT) avqustun 25-dən indiyədək Myanmadakı zorakılıqlardan qaçaraq Banqladeşə sığınan Arakanlı müsəlmanların sayı 536 min nəfərə çatdığını bildirib.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az-ın “AA”-a istinadən verdiyi xəbərə əsasən, Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) sözçüsü Joel Millman, BMT-nin Cenevrədə təşkil etdiyi mətbuat konfransında bildirib ki, oktyabrın 9-11-də Myanma ordusunun zorakılıqlarından qaçan 15 min müsəlman Banqladeşə sığınıb.
J.Millman deyib ki, şahidlərin sözlərinə görə, Banqladeş - Myanma sərhəddində Naf çayının Myanma tərəfində 8-9 min müsəlman Koxs Bazara geçmək üçün gözləyir.
Avqustun 25 –dən indiyədək Arakanlı müsəlman qaçqınların sayının 536 min nəfərə çatdığını deyən J. Millman deyib ki, düşərgələrdə təmiz su və səhiyyə xidmətləri kimi təcili insan tələbatlarına böyük ehtiyacı olduğunu vurğulayıb.
O Arakanlı müsəlmanların Banqladeşə keçməyə can atdığını və Koxs Bazara sığınan qaçqınların Myanmadakı evlərinə geri dönəcəklərinə dair hər hansı bir ehtimalın olmadığını bildirib.