12 Oktyabr, 2017
Almaniyanın "Goethe" universitetində "İslami Elmlər Akademiyası" təsis edildi

Almaniyanın Franfurkt şəhərinin "Goethe" universitetində və digər beş universitetin İlahiyyat müəssisələrinə "elm və cəmiyyət" mövzusunda araşdırmalar aparacaq "İslami Elmlər Akademiyası" əlavə edilib.

Ahlibeuy.az-ın İqna-ya istinadən məlumatına görə, hazırda bu akademiyada yüzdən çox tələbə təhsil alır.

Bu barədə İran İslam Respublikasının Almaniyadakı Mədəni İşlər İdarəsinin 340 saylı həftəlik xəbər bülletenində məlumat verilib:

"Bu akademiyanın təsisin edilməsinin əsas məqsədi İlahiyyat ixtisasçıları arasında əlaqələrin genişləndirilməsi və ictimai dialoqa girişdir.

Akademiya istəyir ki, Almaniyanın elmi təhsil sistemində İslami ilahiyyat araşdırmalarına yer ayırsın və bununla da müxtəlif dinlərdən olan insanlar arasında elmi və ictimai əlaqələri gücləndirsin."

Akademiyanın gələn beş il ərzində inkişafı üçün Almaniyanın elm və təhsil nazirliyi 10 milyon avro həcmində büdcə ayırıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7484.html