12 Oktyabr, 2017
"Ərbəin" ziyarətinə gedən 4 min zəvvarın yerləşdirilməsi və qidalanması İmam Hüseyn(ə) hərəmi tərəfindən qarşılanacaq

Bu il Ərbəin ziyatrətinə Kərbəlaya gələn Azərbaycan zəvvarlarına İmam Hüsen(ə)ın müqəddəs hərəminin rəhbərliyi tərəfindən 4 min nəfər zəvvar üçün qalmağa yer və qidalanma ehsan edilib.

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə SalamTour turizm şirkətinin icraçı direktoru Nurlan Dadaşov açıqlama vermişdir.

Məlumata görə bu il Kərbəlada "Ərəfə" günü İmam Hüseyn hərəminin rəhbəri Əbdül Mehdi Kərbəlayi ilə ilahiyyatçı alim Hacı Şahin Həsənli arasında görüş baş tutmuşdu.Bu görüşün nəticəsi olaraq "Ərbəində" Kərbəlaya yola düşən Azərbaycan zəvvarlarına müqəddəs hərəmin rəhbərliyi tərəfindən 4000 nəfər zəvvar üçün qalmağa yer və qidalanma ehsan edilib.

Bu kampaniyadan yararlanmaq istəyənlər SalamTour şirkəti ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, yolpulu və digər xərclər zəvvarların özləri tərəfindən ödənilməlidir.

Əlaqə nömrələri:

+994 (12) 538- 41-32

+994(50) 303-30-70

 

Фото Nurlan Dadashov.

Фото Nurlan Dadashov.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7481.html