11 Oktyabr, 2017
Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb.

Ahlibeyt.az-ın SalamNews-a istinadən məlumatına görə, P.Bülbüloğlu bu addımı oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra atıb.

Məlumata görə, YUNESKO-nun İcraiyyə Şurası oktyabrın 9-da keçirilən səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib. Bu gün YUNESKO-nun baş direktoru vəzifəsinə keçirilən səsvermənin ikinci turu da nəticəsiz başa çatıb və heç bir namizəd yenə də səs çoxluğuna nail ola bilməyib.

Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 5 ölkənin nümayəndəsi israrlıdır. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun adının oktyabrın 13-də məlum olacağı ehtimal edilir.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7471.html