10 Oktyabr, 2017
HƏMAS-dan fələstinlilərə çağırış: “Məscidi Əqsa”da keşik çəkin

Həmas  işğalçı İsrail rejiminin Qüds və Əl-Xəlil şəhərlərində olan müqəddəs məkanlara qarşı atdığı addımların müqabilində fələstinliləri “Məscidi  Əqsa”da keşik çəkməyə çağırıb.

Ahlibeyt.az-ın məlumatına görə, Maide.az "Anadolu" agentliyinə istinadən xəbr verir ki, Həmas liderlərindən  Eymən Əbu Xəlil  “İbrahim”  məscidinin bağlanması və azanın qadağan edilməsinin açıq pozuntu olduğunu bəyan edib. “Bu addımlar İslami məkanların  yəhudiləşdirilməsi və müsəlmanların bu məkanlardakı hüquqularının əllərindən alınmasıdır.  “Məscidi Əqsa”ya hər gün yüzlərlə yəhudi qəsəbə sakinləri tərəfindən hücuma məruz qalması və İbrahim məscidinə günlərdi qoyulan azan qadağa qəbuledilməzdir. Odur ki, fələstinliləri  bu iki məscidə gedib orada keşik çəkməyə çağırıram.”

Qeyd edək ki, Qüds İslami Vəqflər İdarəsi Mətbuat katibi Firas Dibs  343 fanatik yəhudinin İsrail polisinin müşayəti altında  Əqsa Məğaribə bölgəsindən  Hərəmi şərifə soxulduğunu açıqlamışdı.

O, “İbrahim” məscidinin  yəhudilər tərəfindən bağlandığını da qeyd etmişdir.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7469.html