10 Oktyabr, 2017
İraq parlamentinin sədri Kürdüstan lideri ilə görüşdü

İraq parlamentinin sədri Səlim Cəburi Ərbildə Şimali İraq Regional Rəhbərliyinin lideri Məsud Bərzani ilə görüşüb.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə, bazar günü reallaşan görüşdən əvvəl Cəburi etdiyi açıqlamada, İraq kürdlərinə kütləvi şəkildə sanksiya tətbiq etməyi rədd etmişdi.

Cəburi ilə Bərzani arasında baş tutan görüşün təfərrüatları haqqında hər hansı bir açıqlama verilməyib, görüşdə Şimali İraq referendumu və İraq parlamentindəki kürd deputatların vəziyyətinin müzakirə edilmiş ola biləcəyi qeyd olunub.

Bərzani görüşdən sonra bəyanat verərək iki tərəfin hər cür gərginlikdən çəkinməni qeyd etdiyini açıqlayıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7467.html