5 Oktyabr, 2017
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.

Ahlibeyt.az-ın məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kadzuo İsiquro layiq görülüb.

Akademiya bəyan edib ki, Kadzuo İsiquro əsərlərində "qeyri-adi emosional qüvvələr sayəsində təxəyyülün təsiri ilə reallıq arasında olan uçurumların üzə çıxarılmasına" görə Nobel mükafatına layiq bilinib.

Yazıçı 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşında olarkən onun ailəsi İngiltərəyə köçüb.

K. İsiquro 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb. 1981-ci ildən yaradıcılıqla məşğuldur. O, “Məni getməyə qoyma”, “Uşaqlığımı axtaranda”,"Günün sonu",Dəfn olunmuş nəhəng" “Uzaq təpələr” və s. romanları ilə məşhurdur.

Ədibin “Məni getməyə qoyma” romanı əsasında film çəkilib.

1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7452.html