27 Yanvar, 2012
Bəhreynlilər Şeyx İsa Qasimin müdafiəsinə qalxdılar

Ali Xəlifə muzdurlarının Ayətullah Şeyx İsa Qasimi terror edəcəklərini bildirməsindən sonra Bəhreyn xalqı və alimləri şeyxin müdafiəsinə qalxıblar.

Ayətullah Şeyx İsa Qasim qırmızı xəttimizdir deyən Bəhreyn xalqı əgər şeyxə bir şey olarsa, Ali Xəlifənin həyatını cəhənnəmə çevirərik.

Xatırladaq ki, Şeyx İsa Qasim son Cümə xütbəsində Ali Xəlifə rejimini sərt tənqid edərək, Bəhreyn xalqından istəmişdi ki, əgər polisin küçədə qadınlara əziyyət etdiyini görsəniz həmin polislərə hücum edin. Bu çıxışından sonra Ali Xəlifə muzdurları şeyxi ölümlə hədələmişdilər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-745.html