3 Oktyabr, 2017
Rusiyanın hava zərbələri nəticəsində 300-dən çox İŞİD-çı və yeddi səhra komandiri məhv edilib

Rusiya Hava Kosmik Qüvvələrinin zərbələri nəticəsində son iki sutka ərzində Suriyada İŞİD-in yeddi səhra komandiri öldürülüb.

Ahlibeytşaz-ın Tass-a istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, zərbələr İŞİD-in Fərat çayının şərq sahillərində yerləşən mövqelərinə endirilib.

Rusiya aviasiyasının zərbələri nəticəsində İŞİD-in komanda mərkəzləri,4 silah anbarları,artilleriya və zenit qurğuları və 8 tank məhv edilib.

Onun sözlərinə görə, öldürülən səhra komandirləri arasında Qazaxıstan əsilli Əbu İslam əl-Qazaxi də var. Əbu İslam əl-Qazaxi İŞİD-in Fərat vadisindəki silahlı qruplarına rəhbərlik edib.

Əməliyyat nəticəsində 307 nəfər terrorçu məhv edilib, 107 nəfər yaralanıb.Öldürülənlər arasında 7 nəfər səhra komandirinin olduğu buldirilir.

Aviazərbələr nəticəsində xarici vətəndaşların toplanma və təlim düşərgəsi,mobil snayper qrupu məhv edilib.Şimali Qafqaz əsilli 40 terrorçu öldürülüb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7441.html