
Şimali İraq regional parlamenti İraqın şiə alim Ayətullah Sistaninin regionda vəziyyəti sakitləşdirmək planını müsbət qarşılayıb.
Şimali İraq regional parlamenti İraqın şiə alim Ayətullah Sistaninin regionda vəziyyəti sakitləşdirmək planını müsbət qarşılayıb.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə,Kürdüstan məclisi sədrinin müavini parlamentin Ayətullah Sistaninin referendumun ardınca vəziyyəti sakitləşdirmək və İraq kürdlərinin hüquqlarının qorunması istiqamətində planını müsbət qarşıladığını bildirib.
Ayətullah Sistaninin nümayəndəsi Höccətül-islam Əhməd Safi ötən cümə günü Cümə namazı xütbəsində Şimali İraq kürd referendumuna şiddətlə qarşı çıxaraq İraqın ərazi bütövlüyünü qeyd edib və bu problemin həlli üçün federal məhkəməyə müraciət edilməsini istəyib.