26 Yanvar, 2012
"əl-Qaidə" İraqda İrana müharibə elan etdi

"əl-Qaidə" beynəlxalq terror təşkilatı çərşənbə günü elan edib ki, İraq ərazisini işğal etməkdə olan Səfəvi İranına qarşı müharibəyə başlayırlar. Terrorçuların bildirdiklərinə görə, bu ABŞ-ın İraqı işğal etməsindən daha da təhükəlidir.

"İraq İslam dövləti"nin nümayəndəsi deyib ki, ABŞ işğalçılarının İraqı tərk etməsindən sonra mücahidlərin silahlı mübarizə etməyə haqqları yoxdur deyənlər yalançıdırlar. Əksinə, indi işğalçılara qarşı silahlı mübarizə aparmağın vaxtıdır.

ABŞ-ın İraqı tərk etməsini öz adlarına yzaan terrorçuların nümayəndəsi deyib ki, hal-hazırda təşəbbüs bizim əlimidədir. Və harada və necə istəsək düşmənə hücumlar təşkil edə bilərik.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-742.html