
Ali Xəlifə muzdurlarının Ayətullah Şeyx İsa Qasimi terrorla təhdid etdikdən sonra "Sədr" hərəkatının lideri Müqtəda Sədr Ali Xəlifəyə xəbərdarlıq mesajı göndərib.
"Sədr" hərəkatının Müqtəda Sədrin adından yaydığı bəyanatda bildirilir ki, bu hədə-qorxunun qarşısında sakit dayanmayacağıq və Bəhreyn xalqının yanında olacağıq.
Şeyx İsa Qasimin terror edilməsini dinlə düşmənçilik olduğu bildirlən bəyanatda deyilir ki, şiə alimin terror edilməsini şiələrə və İslama qarşı atılmış addım hesab edirik.
Həmçinin bəyanatda Müqtəda Sədr şəxsən Bəhreynə gedib qəhrəman Bəhreyn xalqı ilə bir yerdə olaraq din alimlərinin mühafizə edilməsinə hazır olduğunu bildirib.