
İraq hökuməti Kürd admnistirasiyası ilə referendumun nəticələrini müzakirə etməyəcək
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Al-Arabiyya kanalının yaydığı məlumatda bildirilir ki, bunu İraqın baş naziri Heydər əl-Abadi bu səhər xalqa telemüraciətində bəyan edib.
Rəsmi Bağdad İraq Kürdüstan regional rəhbərliyi ilə müstəqillik referendumunun nəticələrini müzakirə etməyəcək-deyə baş nazir bildirib:
"Biz qeyri-legitim referendumun nəticələri ilə bağlı hər hansı dialoq və ya müzakirəyə lüzum görmürük - keçirilən referendum İraq konstitusiyasına ziddir. deyə baş nazir bildirib. Onun sözlərinə görə, səsvermə prosesi zamanı saxtakarlığa yol verilib,həmçinin seçicilərə təzyiq göstərilib.
Heydər əl-İbadi qeyd edib ki,İraq hökuməti ölkə ərazisində yaşayan bütün vətəndaşlarını təzyiq və təcavüzdən müdafiə etmək əzmindədir.
Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib.